Prezident İlham Əliyev Ağcabədi rayonunun Ağabəyli kəndində tikilən "Atena" süd məhsulları kombinatının açılışında iştirak etmişdir

 

Mayın 6-da Ağcabədiyə səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev rayonun Ağabəyli kəndində tikilən "Atena" süd məhsulları kombinatının açılışında iştirak etmişdir.

Dövlət başçısının diqqətinə çatdırıldı ki, "Atropatena" şirkəti tərəfindən inşa olunan "Atena" süd məhsulları kombinatı Azərbaycanda sahibkarlığın kompleks şəkildə inkişafına göstərilən dövlət dəstəyinin bariz nümunəsidir. Ümumi ərazisi 22 hektar olan kombinatın tikinti hissəsinin sahəsi 1,2 hektardır. Müəssisənin ərazisi abadlaşdırılmış, yaşıllıqlar salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Kompleksdə ildə 7,6 min ton süd istehsalı 90 min ton süd emalı nəzərdə tutulmuşdur. Hazırda kombinatda 100 nəfər işlə təmin edilmişdir.

Prezident İlham Əliyev kombinatı işə saldı.

Müəssisənin fəaliyyəti ilə tanış olan dövlət başçısına məlumat verildi ki, kombinatda Avropanın ən müasir avadanlığı quraşdırılmışdır. Kombinatda ilkin olaraq 42 çeşiddə süd məhsullarının istehsalı planlaşdırılır. Gələcəkdə bu rəqəmi 100-ə çatdırmaq nəzərdə tutulur.

Müəssisənin idarəetmə mərkəzi ilə tanışlıq zamanı bildirildi ki, kombinatda emal prosesi tam şəkildə kompüterləşdirilmişdir bütün proses vahid mərkəzdən idarə olunur. Mütəxəssislər emal prosesini kompüter vasitəsilə kənardan izləyirlər.

Kombinatda süd, qatıq, kəsmik, pendir digər məhsulların hər biri xüsusi şəraitdə hazırlanır gigiyenik normalara uyğun şəkildə qablaşdırılır. Məhsulların qablaşdırılması üçün tələb olunan taralar kombinatda hazırlanır. Müəssisənin xammalla təmin edilməsi məqsədilə Ağcabədidə ətraf rayonlarda 21 süd qəbulu məntəqəsi təşkil olunmuşdur. Bu isə regionda fəaliyyət göstərən fermerlərin ailə təsərrüfatlarının inkişafına təkan verəcəkdir.

Laboratoriya ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, kombinatda bütün emal prosesi yüksək keyfiyyətli laborator avadanlıqla yoxlamadan keçirilir. Bu proses bir neçə dəfə təkrar olunur.

Diqqətə çatdırıldı ki, "Atena" süd emalı heyvandarlıq kompleksinin tikintisi üçün dövlət tərəfindən 5 milyon manat güzəştli kredit verilmişdir. Hazırda dövlət başçısının tapşırıqlarına uyğun olaraq müəssisənin xammalla təmin olunması məqsədilə heyvandarlıq kompleksinin yaradılması istiqamətində işlər aparılır. Bu layihənin icrası isə daha 115 nəfərin işlə təmin olunmasına şərait yaradacaqdır.

Dövlət başçısı istehsal prosesinin son mərhələsini, məhsulların qablaşdırılması üçün tələb olunan taraların hazırlanması prosesini izlədi, soyuducu kamera ilə tanış oldu.

      

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 7 may.- S. 5.