İstanbulda BMT-nin az inkişaf etmiş ölkələrə yardımla bağlı konfransı keçirilmişdir

 

Azərbaycanın Baş naziri Artur Rasizadə konfransda iştirak etmişdir

 

İstanbulda Lütfi Kırdar Konqres Mərkəzində BMT-nin Az İnkişaf Etmiş Ölkələrin IV Konfransı (LDC-IV) keçirilmişdir.

Azərbaycanın Baş naziri Artur Rasizadə konfransda iştirak etmişdir.

Avropa Komissiyasının sədri Xose Manuel Barrozu, İran Əfqanıstanın prezidentləri Mahmud Əhmədinejad Həmid Kərzai konfransın iştirakçıları arasında olmuşlar.

Konfransın açılışından əvvəl deputatların, ziyalıların vətəndaş cəmiyyəti qurumlarının forumları keçirilmişdir. Dialoq Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov vətəndaş cəmiyyəti qurumlarının forumunda iştirak etmişdir.

Açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Abdullah Gül bildirmişdir ki, on ildən bir keçirilən bu tədbirdə müxtəlif ölkələrdən gəlmiş 60 dövlət hökumət başçısı, 100-ə yaxın nazir iştirak edir. Konfransda siyasi bəyannamə qəbul ediləcəkdir. Prezident demişdir ki, ən az inkişaf etmiş ölkələrdə 1 milyarda yaxın insan yaşayır. Əgər 1971-ci ildə bu ölkələrin sayı 25 idisə, indi bu rəqəm 48-ə çatmışdır.

Azərbaycanın Baş naziri Artur Rasizadə çıxışında bildirmişdir ki, Ermənistanın təcavüzü nətisəcində ölkəmizdə 1 milyona yaxın qaçqın məcburi köçkün vardır. Azərbaycan hökuməti bu insanlara yardım üçün lazımi tədbirləri həyata keçirir. Dövlətimiz BMT çərçivəsində yoxsul ölkələrə yardım layihələrində fəal iştirak edir. Azərbaycan humanitar yardımlar, yoxsul insanlara səhiyyə təhsil məsələlərində təcrübəsini bu ölkələrlə paylaşmağa hazırdır.

BMT-nin Baş katibi Pan Gi Mun bildirmişdir ki, on il əvvəl dünyada yoxsulluğun azaldılmasına dair təsdiq olunmuş planın yerinə yetirilməsinin müzakirəsi aparılacaqdır. İnkişaf etməkdə olan inkişaf etmiş ölkələr az inkişaf etmiş ölkələrin iqtisadiyyatının dirçəldilməsində fəal iştirak etməlidirlər. İstanbul konfransında yeni onillik fəaliyyət planı qəbul olunacaqdır.

"Çırağan" sarayında Türkiyə Prezidentinin adından konfrans iştirakçılarının şərəfinə ziyafət verilmişdir.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

 

Azərbaycan.- 2011.-11 may.- S.4.