Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Parlament Assambleyasının sədri Petros Eftimiunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də ATƏT-in Parlament Assambleyasının sədri Petros Eftimiunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə ATƏT-in Parlament Assambleyası arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələlər müzakirə edildi, əməkdaşlığımızın hazırkı vəziyyəti perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-13 may.- S. 2.