Azərbaycan ATƏT PA-nın fəal üzvü, regionun qüdrətli dövlətidir

 

Mayın 12-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiu ilə görüşmüşdür.

Milli Məclisin Sədri ATƏT PA-nın sədri kimi onun ölkəmizə ilk rəsmi səfərinin səmərəli keçəcəyinə və Azərbaycanla ATƏT PA arasındakı əlaqələrə yeni töhfələr verəcəyinə ümidvar olduğunu bildirdi. O.Əsədov qonağın diqqətinə çatdırdı ki, Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri Avratlantik məkana inteqrasiyadır. Ona görə Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT PA ilə əlaqələrə böyük önəm verir.

Petros Eftimiu ölkəmizə səfərindən məmnun qaldığını bildirərək dedi ki, Azərbaycan həm ATƏT PA-nın fəal üzvü, həm də yerləşdiyi regionun qüdrətli dövlətidir. Ona görə bu səfəri vacib səfər kimi dəyərləndirirəm. Azərbaycan nümayəndə heyətinin ATƏT PA-dakı fəaliyətini də yüksək qiymətləndirən Petros Eftimiu əlaqələrin daha da inkişafı üçün geniş imkanların olduğunu bildirdi.

Səmimilik şəraitində keçən görüşdə ATƏT PA ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivləri, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in rolu və digər məsələlər barədə geniş fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.- 2011.-13 may.- S. 2.