Petros Eftimiu: Səfərimin məqsədi parlamentlərarası əlaqələri daha da genişləndirməkdir

 

Səfərimin məqsədi Azərbaycan ilə ATƏT-in Parlament Assambleyası arasında parlamentlərarası əlaqələri daha da genişləndirməkdir.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan ATƏT-in Parlament Assambleyasının sədri Petros Eftimiu mayın 12-də jurnalistlərə müsahibəsində demişdir.

P.Eftimiu bildirmişdir ki, ATƏT-in Parlament Assambleyası ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq mövcuddur. Mənim səfərimin məqsədi bu əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə yeni impuls verməkdir.

Qonaq Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin fəallığını xüsusi vurğulamışdır.

 

 

Azərbaycan.- 2011.- 13 may.- S.  2.