Çexiya Prezidenti Vatslav Klaus Azərbaycana rəsmi səfərə gəlmişdir

 

Çexiya Respublikasının Prezidenti Vatslav Klaus mayın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Çexiya Respublikasının Prezidenti Vatslav Klausu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov digər rəsmi şəxslər qarşıladılar.

Milli geyimli uşaqlar Çexiya Prezidentinə xanımı Liviya Klausovaya gül dəstəsi təqdim etdilər.

Hava limanının ali qonaqlar üçün salonunda Prezident Vatslav Klaus Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-17 may.- S. 2.