Prezidentin mətbuat xidmətinin məlimatı

 

Mayın 19-da Türkiyənin Baş naziri Rəcəb Təyyub Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Rəcəb Təyyub Ərdoğan Azərbaycan nümayəndələrinin Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Eurovision-2011” müsabiqəsində qazandıqları parlaq qələbə münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırmış və bu qələbənin Türkiyədə çox böyük sevinclə qarşılandığını vurğulamışdır.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyənin Baş nazirinə minnətdarlığını bildirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Təyyub Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə etmişlər.

 

 

Azərbaycan.- 2011.-20 may.- S. 1.