Ağstafada "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" "Gorus-2010: absurd teatrı mövsümü" kitabları müzakirə edilmişdir

 

Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" "Gorus-2010: absurd teatrı mövsümü" kitabları müzakirə edilmişdir.

Mərasimdə rayon icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək demişdir ki, "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" kitabı xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədiyaşar xatirəsinə həsr olunmuşdur. Kitabda son 17 ildə Azərbaycanda elmi əsaslarla hazırlanıb həyata keçirilən sosial-iqtisadi siyasət, islahatlar milli inkişaf modelini əks etdirən məsələlər kimi önə çəkilir. 1994-2009-cu illərdə iqtisadi sahədə keçid dövrünü təmin edən əsas sosial-iqtisadi hadisələrə, ulu öndər Heydər Əliyev onun layiqli davamçısı İlham Əliyev tərəfindən verilən sərəncam fərmanlara, təsdiq olunan dövlət proqramlarına, digər qanunvericilik aktlarına nəzər salınır, əldə olunan nailiyyətlərə diqqət yetirilir. Kitabın müxtəlif dillərə tərcümə olunması Azərbaycanın inkişaf modelinin dünyada daha yaxşı tanınmasına xidmət edir.

Azərbaycanın iqtisadi inkişafının dünyada bənzəri yoxdur. Heydər Əliyevin adı ilə bağlı neft strategiyası Azərbaycan xalqına hələ uzun müddət xidmət edəcəkdir.

Kitabın yazılmasında başlıca məqsəd Azərbaycanın inkişaf modeli haqqında ictimai müzakirələrə zəmin yaratmaqdır. Məqsəd ondan ibarətdir ki, ulu öndər Heydər Əliyev tərəfindən yaradılan, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf modelinin fərqli xüsusiyyətləri təhlil olunsun.

"Gorus-2010: absurd teatrı mövsümü" kitabı haqqında danışan məruzəçi qeyd etmişdir ki, bu kitab zaman-zaman tariximizi saxtalaşdırmağa çalışan bədnam erməni təbliğatına qarşı çox qiymətli elmi mənbədir. Tarixin bütün mərhələlərində ikiüzlü xain kimi tanınan ermənilər yenə öz bədnam "soyqırımı" uydurmaları ilə dünyanın diqqətini cəlb etməyə çalışırlar. Ermənilər türk dünyasına düşmən münasibətini bir daha açıqlayır, özlərini soyqırıma məruz qalmış məzlum xalq kimi göstərirlər. Türkiyədə 1915-ci iI aprelin 24-də baş vermiş qanlı toqquşmalarda ermənilər türklərə qarşı silahlı hücuma keçmiş, yerli əhalini kütləvi surətdə qırmışlar. Minlərlə türk şəhid olmuş, erməni vəhşiliyinin qurbanına çevrilmişdir. Lakin öz cinayətlərini ört-basdır edən ermənilər bu tarixi saxtalaşdırmağa daim səy göstərmiş, aprelin 24-nü "soyqırım günü" kimi qeyd etdirməyə çalışmışlar. Lakin onların böhtan kampaniyası 100 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, öz təsdiqini tapmamış dünya birliyi bu gün həmin uydurma faktı qəbul etmir.

Məruzəçi bildirmişdir ki, bu gün müzakirə olunan kitab ermənilərin türk dünyasına qarşı xəyanətləri barədə tarixi faktlara söykənən həqiqətləri geniş kütləyə təqdim edir. Siyasi hadisələrin təhlili zamanı araşdırmalar, tarixi faktlara yanaşma, prinsipiallıq, inandırıcılıq müəllifin böyük elmi təfəkküründən xəbər verir. Əvvəlcə kitabın adının yaranması amilinə diqqət yetirək. 2010-cu il oktyabrın 16-da Ermənistan prezidenti Serj Sarkisyan Yerevanda deyil, məhz qədim Azərbaycan şəhəri olan Gorusda dünya erməni diaspor jurnalistlərinin yığıncağını təşkil etmiş bu yığıncaqda öz sərsəm bəyanatları ilə əslində erməni siyasətini ifşa etmişdir. Bu o Serj Sarkisyandır ki, 1992-ci ilin fevralında Xocalı soyqırımının, Dağlıq Qarabağın ona bitişik ərazilərin azərbaycanlı əhalisinə qarşı etnik təmizləmənin başçılarından biri olmuşdur. Erməni prezidenti həmin tədbirdə özünü gülünc vəziyyətə salmışdır. Akademik Ramiz Mehdiyev bu əsəri ilə erməni diplomatiyasına sarsıdıcı zərbə vurmuşdur. Müəllif yazır: "Dağlıq Qarabağ heç vaxt erməni torpağı olmayıb. Bu torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. Bura Qafqaz albanlarının yaşadığı ərazi olub. Beynəlxalq ictimaiyyət, o cümlədən BMT Təhlükəsizlik Şurası öz üzərinə düşən missiyanı yerinə yetirməlidir, torpaqlarımızın işğaldan azad olunması üçün öz səylərini gücləndirməlidir". Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" əsərində ermənilərin tarixən bu ərazilərə gəlmə olduqları elmi dəlillərlə sübut olunur. Gorus şəhərinin özü itirdiyimiz qədim yurd yerimiz olan Zəngəzurda yerləşir. 1918-1920-ci illərdə Zəngəzur Azərbaycan Demokratik Respublikasının ərazisi olub. Təkcə 1905-1907-ci 1914-1920-ci illərdə erməni daşnaklarının törətdiyi qırğınlar nəticəsində Zəngəzur mahalında yarım milyon Azərbaycan türkü vəhşicəsinə qətlə yetirilmişdir.

Beləliklə, akademik Ramiz Mehdiyev tarixi faktları ortaya qoymaqla elmi dəlillər əsasında erməni siyasətinin üzünü məharətlə açmışdır.

Mərasimdə Ağstafa şəhər 2 nömrəli orta məktəbin direktoru Fərhad Vəliyev, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İradə Namazova, Heydər Əliyev Mərkəzinin baş elmi işçisi Laiq Qələndərov başqaları çıxış etmişlər. Onlar vurğulamışlar ki, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı erməni ideoloqlarının tarixi saxtalaşdırmaq cəhdlərinin ifşa edilməsində mühüm əhəmiyyət kəsb edir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-22 may.- S. 2.