Azərbaycanda "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi tarixlər məlum olmuşdur

 

Azərbaycanın ev sahibliyi edəcəyi "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi tarixlər açıqlanmışdır.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən AzərTAc-a bildirmişlər ki, Bakıda keçiriləcək 57-ci "Eurovision" müsabiqəsi mayın 22, 24 və 26-da keçiriləcəkdir. Mayın 22-də müsabiqənin I yarımfinalı, 24-də II yarımfinalı, mayın 26-da isə final mərhələsi təşkil olunacaqdır.

Hazırda ölkəmizdə müsabiqənin keçirilməsinə hazırlıq prosesi davam edir.

 

 

Azərbaycan.- 2011.-26 may.- S.3.