Azərbaycanın xarici işlər naziri İndoneziyada bir sıra ikitərəfli görüşlər keçirmişdir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın Bali adasında keçirilən Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransı və hərəkatın 50 illik yubiley tədbiri çərçivəsində ikitərəfli görüşlər keçirmişdir.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, E.Məmmədyarov Qvineya-Bisaunun xarici işlər naziri Adelino Mano Queta, Somalinin xarici işlər üzrə dövlət katibi Mohammed Ali Mahmud, Mozambikin xarici işlər nazirinin müavini Eduardo Bagiao Colomo, Serbiyanın xarici işlər naziri Vuk Yeremiç, Çadın dövlət katibi Mohammed Beşir Okormi, Ficinin xarici işlər naziri Ratu İnoke Kubuabola, Kubanın xarici işlər nazirinin müavini Abelardo Moreno, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirinin müavini Saed Mohammed əl Şəmsi, Mavrikinin xarici işlər naziri Arvin Boolell və Hondurasın xarici işlər nazirinin müavini Mireya Aguero De Corrales ilə görüşmüşdür.

Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilmişdir.

 

 

Azərbaycan.- 2011.-27 may.- S. 3.