Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri, cənab Prezident!

Macarıstan Respublikasının xalqı adından, həmçinin öz adımdan Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik etmək ən xoş arzularımı bildirmək istərdim.

Macarıstan Cənubi Qafqazda sabit təhlükəsiz mühit yaratmaq, həmçinin Avropa Avratlantik strukturlarına yaxın olmaq üçün ölkəniz tərəfindən göstərilən səyləri böyük maraq rəğbətlə izləyir.

Macarıstan Azərbaycan ilə ikitərəfli münasibətləri inkişaf etdirmək, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək niyyətindədir.

Hörmətli cənab Prezident, fürsətdən istifadə edib Sizə dərin ehtiramımı bildirirəm.

 

 

Pal ŞMİTT,

Macarıstan Respublikasının Prezidenti

 

Azərbaycan.- 2011.-  28 may.- S.  3.