Prezident İlham Əliyev Ağsu şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir

 

Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağsu rayonuna səfərə gəlmişdir.

Dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağsu şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Azərbaycan Prezidentinə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 1 noyabr.- S.4.