Respublika Uşaq Klinik Xəstəxanası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir

 

Prezident İlham Əliyev görülmüş işlərlə tanış olmuşdur

 

Noyabrın 1-də Respublika Uşaq Klinik Xəstəxanası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müalicə ocağında görülmüş işlərlə tanış olmuşdur.

Xəstəxananın foyesində ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə səhiyyənin inkişafı, xüsusilə də, uşaqların sağlamlığı ilə bağlı həyata keçirdikləri tədbirlərin əks olunduğu fotolardan ibarət stend yaradılmışdır.

Dövlətimizin başçısı xəstəxananın təmirdən əvvəlki vəziyyətini əks etdirən fotolara baxdı.

Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevə xəstəxanada görülmüş işlər barədə məlumat verdi. Bildirildi ki, 1986-cı ilədək Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun yataqxanası kimi fəaliyyət göstərmiş binada heç vaxt əsaslı təmir işləri aparılmamışdır. Ərazisi 5500 kvadratmetr olan dördmərtəbəli binada yenidənqurma işlərinə ötən il başlanmış və bu məqsədlə Prezidentin Ehtiyat Fondundan vəsait ayrılmışdır. Məlumat verildi ki, müasir avadanlıqla təchiz edilmiş 100 çarpayılıq bu müalicə müəssisəsində xəstələrə 80-ni həkim olmaqla 200-dən çox tibbi heyət xidmət göstərəcəkdir. Təmir-bərpa işlərinin yüksək səviyyədə aparıldığı xəstəxanada reanimasiya, kardiologiya, pediatriyakonsultativ-poliklinika şöbələri fəaliyyət göstərir. Cərrah, pediatr və digər həkim otaqlarında tibb işçilərinin nümunəvi xidmət göstərmələri üçün hərtərəfli şərait yaradılmışdır.

Qeyd edildi ki, xəstəxanada funksional diaqnostika, rentgen, psixoterapiya, exokardioqrafiya, fizioterapiya, laboratoriyaekspress laboratoriya otaqları ən müasir tibbi avadanlıqla təchiz olunmuşdur. Xəstəxananın kardiologiya şöbəsində yaradılan şərait də ən müasir tələblərə cavab verir. Bu tibb ocağında uşaqlar üçünxüsusi guşələr yaradılmışdır.

Səhiyyə ocağında yaradılan şəraitlə yaxından tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-2 noyabr.- S.  1.