Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Hesablama Palatasının sədrini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Rusiya Federasiyasının Hesablama Palatasının sədri Sergey Stepaşini qəbul etmişdir.

Rusiya Federasiyasının Hesablama Palatasının sədri Sergey Stepaşin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20 illiyi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, xalqımızın ümummilli lideri Heydər Əliyev ilə görüşlərini böyük məmnunluq hissi ilə xatırladı. Sergey Stepaşin Rusiya Federasiyasının Hesablama Palatası ilə Azərbaycan Respublikasının Hesablama Palatası arasında əməkdaşlığın yaxşı perspektivləri olduğunu qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev Rusiya Federasiyasının Hesablama Palatasının sədri Sergey Stepaşinin Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 2 noyabr.- S.  3.