Bolqarıstan Respublikasının yeni seçilmiş Prezidenti zati-aliləri cənab Rosen Plevneliyevə

 

 Hörmətli cənab Plevneliyev!

Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə qələbə qazanmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan və Bolqarıstanı ənənəvi dostluq və əməkdaşlıq əlaqələri birləşdirir. Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı istiqamətində səylərimiz daim xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Bolqarıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 2 noyabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 4 noyabr.- S. 1.