«Sehrli qutu»nun əbədiyaşar sirləri

 

 Ötən əsrin ortalarından başlayaraq dünyada geniş və sürətlə yayılan televiziya kanalları tamaşaçıları öz cazibəsində saxlamaqdadır. Milyonlarla insan hər gün radio və televiziyanın köməyi ilə dünyanın müxtəlif yerlərində baş vermiş mühüm hadisələrdən, yeniliklərdən xəbər tutur. İstər radionun, istərsə də televiziyanın ixtirasından uzun illər keçsə də, "sehrli qutu" öz sirrini saxlayır, mavi ekranın cazibəsi də davam edir. Respublikamızda radio 1926-cı ilin noyabrın 6-da fəaliyyətə başlayıb, televiziya isə 1956-cı il fevralın 14-də "Bakı" studiyası adı ilə efirə çıxıb. Sovet dövründə yalnız bir Azərbaycan televiziyaradiosu fəaliyyət göstərirdi. Sonralar əlavə olaraq bura "Araz" radiostansiyası da qoşuldu. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra müstəqil teleradio şirkətlərinin sayı da artdı. Təkcə paytaxtda deyil, bölgələrdə də televiziya kanalları fəaliyyətə başladı. Ölkə miqyaslı kanallar nəinki respublikamızda, sərhədlərimizdən kənarda da özünə tamaşaçı auditoriyası toplayıb. Radionu da, televiziyanı da insanlar ilk dəfə heyrətlə qarşılayaraq onu "sehrli qutu" adlandırıblar. Yaranmasından yüz il də ötə, min il də keçə, bu "qutu" öz sehrini saxlamaqdadır. Onun cazibəsinə milyonlar yığışır.

Mərkəzi televiziyanın ("Azərbaycan TeleviziyaRadio Verilişləri" QSC) nəzdində fəaliyyət göstərən iki müstəqil kanal - "İdman-Azərbaycan", Mədəniyyət kanalları artıq tamaşaçılar tərəfindən maraqla izlənilir. O cümlədən, ATV, ANS, İTV, "Xəzər", "Lider", "Space" televiziya kanallarının da öz tamaşaçıları formalaşıb. Gəncə, Zaqatala, Sumqayıt, Quba, Mingəçevir, Tovuz, Şəki, Yevlax, Xaçmaz və cənub bölgələrində fəaliyyət göstərən televiziya kanalları öz işlərini dünya standartları səviyyəsində qurmağa çalışırlar. Naxçıvan Muxtar Respublikasında Dövlət TeleviziyaRadio Verilişləri Komitəsi də fəaliyyət göstərir. Bundan başqa, xaricdə Azərbaycandilli televiziya kanalları da mövcuddur: ABŞ-da Günaz, Kanadada AzCan, Rusiyada İnterAz TV-ləri fəaliyyət göstərirlər.

Paytaxt və bölgələrdə yaradılan bütün kanalların qaynaqlandığı, mənbələrinə söykəndiyi, təcrübəsindən öyrəndiyi, bu gün də "Qızıl Fondun"dan müntəzəm istifadə etdiyi ana televiziyamız "Azərbaycan TeleviziyaRadio Verilişləri" QSC-dir. Özünəməxsus ənənələrə, səriştəyə, peşəkarlığa, təcrübəyə malik olan bu şirkəti mütəxəssislər "Mərkəzi televiziya" adlandırmaqda haqlıdırlar. Əski sovetlər zamanında müttəfiq respublikalar üçün bu missiyanı Moskva televiziyası yerinə yetirirdi. Təbii ki, dövlət müstəqilliyimizi qazandıqdan sonra teleradio verilişləri sahəsində gedən inkişaf və kanalların çoxluğu imkan verir ki, biz öz qədim, şərəfli tarixi olan sevimli televiziya şirkətimizi iftixarla bu cür təqdim edək.

Mərkəzi televiziyanın maddi-texniki bazası xeyli dərəcədə dəyişib və modernləşdirilib. Bütün studiyalarmontaj otaqları rəqəmsal avadanlıqlarla təchiz olunub. HD-səyyar televiziya stansiyaları alınıb. Hətta nəqliyyat vasitələri də yenimüasir avtomobillərlə zənginləşdirilib. 2006-cı ilin avqustunda ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan TeleviziyaRadio Verilişləri" QSC-nin sədri vəzifəsinə təyin olunan Arif Alışanov burada köklü islahatlar apardı. Televiziya proqramlarının Avropa ölkələrində keyfiyyətlə yayımı təmin edildi. "Teleradio" İstehsalat Birliyinin mütəxəssisləri teleqüllə kompleksində yeni rəqəmsal stansiya quraşdırıblar. İndi Azərbaycan televiziyasının verilişləri həmin stansiyadan Avropaya, Şimali Amerikaya, Asiyaya yayılır.

Ötən illər ərzində AzTV-də mövzu dairəsi də kifayət qədər geniş və rəngarəng olan müxtəlif verilişproqramlarla müşahidə edilir: "Xəbərlər", "Günün nəbzi", "Həftə", "Parlament həftəsi", "Əsas məsələ", "Şəxsən siz", "Unudulmayanlar", "Sələflər, xələflər", "Ədəbi abidələr", "Oğuznamə", "Tərəf-müqabil", "Unudulmayanlar", "Ovqat", "Səadət", "Əsgər anı", "Azərbaycan Respublikasına xidmət edirəm", "Əbədiyyət", "Azərbaycan, yurdum mənim", "Səhər", "Bizim planet", "Yada düşər xatirələr", "Kənd saatı", "Yurd yeri" və s.

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı, eləcə də AzTV-nin təşkilatçılığı ilə Bakıda "Muğam müsabiqəsi-2007" və "Muğam müsabiqəsi-2011" televiziya müsabiqələri keçirildi. Müsabiqə iştirakçılarının istedadını SMS-lər deyil, peşəkar musiqiçi və xanəndələrdən ibarət münsiflər heyəti qiymətləndirdi. Bu müsabiqələr zamanı bütün nüanslar - ifaçıların oxuduqları muğam parçalarından, qəzəllərdən tutmuş danışıqlarına, geyimlərinə qədər hər məqam nəzərə alındı. Muğam müsabiqələri ölkə daxilində və xaricində böyük tamaşaçı marağına, rəğbətinə səbəb oldu. Bunu həm Heydər Əliyev Fonduna, həm də AzTV-nin elektron ünvanına gələn məktublar da təsdiq etdi.

Cəmiyyətin tanınmış şəxslərinin, nüfuzlu insanların böyük məhəbbətlə AzTV-yə üz tutması bu telekanallarda müxtəlif verilişlər aparılmasını da Mərkəzi televiziyanın öz kökünə - maarifçi ənənələrinə qayıdışından xəbər verir. Hazırda AzTV və "Mədəniyyət" kanalının efiri öz sahəsində peşəkarların, sənətkarların ixtiyarındadır. AzTV-də xalq yazıçısı Anar "Poeziya", görkəmli alim Vasif Məmmədəliyev "Haqqın dərgahı", Milli Məclisin deputatı, tanınmış filoloq Nizami Cəfərov "Azərbaycan dili", tarixçi-alim Kərim Şükürov "Azərbaycan tarixi" verilişlərini aparırlar.

Son illərdə AzTV-nin studiyalarında maraqlı teletamaşalar da çəkilib. Vaxtilə geniş populyarlıq qazanmış "Evləri köndələn yar" tamaşasının (ssenari müəllifi Anar) ikinci hissəsi çəkildi. Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə rejissor Ramiz Həsənoğlu "Mürafiə vəkilləri"nə ekran həyatı verdi. Milli serialların çəkilməsi müntəzəm davam edir. Ənvər Seyidovun qələmə aldığı "Gürzə", "Ünvansız eşq" (quruluşçu rejissor Məhərrəm Bədirzadə) kimi seriallar tamaşaçılara təqdim edilib. Dövlət başçısının sərəncamına əsasən, serialların çəkilməsinə ayrılan maddi vəsait burada çalışanların da üslubuna yeni sürət gətirib. Növbəti ildən geniş fəaliyyət proqramının həyata keçirilməsi nəzərdə tutulub.

2006-cı ildən 2011-ci ilədək "Telefilm" Yaradıcılıq Birliyi 190-dan çox sənədli film çəkib. Bu filmlərin arasında "Ermənilər. Riyakarlığın anatomiyası", "Tarixin izi ilə... Yaqub Mahmudov", "Zəngəzur", "Sumqayıt salnaməsi", "Tərcümeyi-hal: Bəkir Nəbiyev", "Bəstəkar Ramiz Mirişli", "Tarzən Ramiz Quliyev", "Elturan Avalov". "Molla Pənah Vaqif", "Aşiqlər", "Şamaxı abidələri", "Vaxt gözləmir", "Möcüzələr adasının sakini" s.

Ədəbi dram verilişləri redaksiyası da həmişəki kimi sənədli filmlər çəkməkdə ənənəsini uğurla davam etdirir. Bu redaksiyanın əməkdaşları tərəfindən ekran həyatı almış "Şərqdə doğan günəş", "Mirzə Cəlil möcüzəsi", "Naxçıvanın baharı", "Böyük yolun adamı", "Bir ömrün xatirəsi" adlı sənədli filmlər tamaşaçılar tərəfindən maraqla izlənilib.

"İdman-Azərbaycan" telekanalının obyekti məlumdur. Yarandığı gündən ölkədə xaricdə keçirilən beynəlxalq yerli yarışların, turnirlərin əksəriyyətini yayımlayır. İdmanın müxtəlif növləri üzrə keçirilən yarışlardan canlı reportajlar, maraqlı proqramlar da nümayiş etdirilir. Bu gün "İdman-Azərbaycan" gənclərin sevimli kanalına çevrilib. Onlar "sehrli qutu"nun vasitəsilə Nyu-Yorkda, İstanbulda, Romada, Parisdə, Londonda, Madriddə, Tokioda, Münhendə, Moskvada, Pekində keçirilən müxtəlif idman yarışlarından xəbər tuturlar. Kanalın özünün yayımladığı xüsusi verilişlər diqqət çəkir. Məsələn, "Çempionlar klubu", "İdman ensiklopediyası", "Arena", "Flaqman", "İdman sağlamlığın rəhnidir" s. "Şahmat klubu" adlı proqram isə Azərbaycan televiziyasının ən uzunömürlü verilişlərindən sayılır. Bu kanalın yayım hüdudu təkcə bölgələrimizi deyil, Cənubi Qafqazı, Yaxın Orta Şərq ölkələrini ustalıqla əhatə edir.

Azərbaycan televiziya məkanının ən təzə mavi ekranı Mədəniyyət kanalıdır. Barlı-bəhrəli, qocaman bir ağacın - AzTV-nin çəmənində göyərən bu pöhrənin yenilikləri çoxdur. Mədəniyyət aləmində baş verən ən son yeniliklər, maraqlı hadisələr, yarışmalar, yubileylər, görüşlər bu kanalda hazırlanan müxtəlif verilişlərdə əhatəli şəkildə əks olunur. "Buta" mədəniyyət xəbərləri", "Teatr", "Xatırlanan ömürlər", "Nobel" mükafatçıları, "Kino ulduzları" s. verilişlər artıq tamaşaçıların diqqətini çəkib. Bu kanalda dünya kinosunun musiqisinin ən dəyərli nümunələri təqdim olunur. Yeni kanalda ədəbiyyatşünas Kamal Abdulla "Sözün sirri", kulturoloq Fuad Məmmədov "İdrak", yazıçı-publisist Akif Əli "Zaman məkan", Füzuli Bayat "Klassik irsimizdən" verilişlərinin aparıcılarıdırlar.

6 noyabr həm də radio işçilərinin bayramıdır. Televiziyada aparılan islahatlar bu sahədə müşahidə olunur. Bu ilin əvvəlindən milli radiomuz tam şəkildə kompyuterləşməyə servis xidmətinə keçib. Azərbaycan radiosunun "Lirika dəftəri"ndən, "Bulaq", "Muğam saatı", "Elm həyat", "Radio teatrı" kimi veriliş proqramları neçə nəslin sevimlisi olub.

Hazırda "Gəl səhərim", "Bağçada güllər", "Addım-addım", "Ustad nəfəsi", "Kino səltənəti", "Xeyrə qənşər", "Şah misralar", "Nağıl axşamı". "Ünvanımız Azərbaycandır", "Vətən sənə oğul dedi", "Yadigar səslər", "Duyğu yarpaqları", "Sabaha pəncərə" s. verilişlər dinləyicilərə təqdim edilir.

Azərbaycan efirində bu il 70 yaşı tamam olan Beynəlxalq radio fəaliyyət göstərir. Bu radio türk, ərəb, fars, erməni, ləzgi, talış, kürd gürcü dillərində verilişlər yayımlayır. Beynəlxalq radio uzun illərdir ki, "Cənubi Azərbaycan" redaksiyası vasitəsilə bütün dünyaya səpələnmiş soydaşlarımız üçün vahid ünvana çevrilib.

Azərbaycan radiosu böyük xəzinəyə malikdir. Radionun səsyazma evinə Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri, Niyazi adına Simfonik Orkestr, Tofiq Əhmədov adına Estrada Simfonik Orkestri, Vaqif Mustafazadə adına "Sevil" Vokal İnstrumental Ansamblı, Cahangir Cahangirov adına Xor, Əfsər Cavanşirov adına Uşaq Xoru daxildir.

Bir məsələni qürurla qeyd etmək lazımdır ki, "Azərbaycan Televiziya Radio Verilişləri" QSC həmişə dövlətçiliyin, xalqın, millətin keşiyində ayıq-sayıq dayanıb. Təqdim etdiyi verilişlər əxlaqımıza, mənəvi dəyərlərimizə, adət-ənənəmizə, milli düşüncəmizə söykənib. Yüngül şoulardan, şit, zövqsüz, əsəbgətirici söhbətlərdən uzaq olub. Maarifçilik əsas ideyasıdır. Elə bu uğurlu fəaliyyətinə görədir ki, Mərkəzi televiziyamız 2007-ci ildə Avropaya yayımın texniki müvafiqliyinə görə "Avropa keyfiyyəti" medalına layiq görülüb. Eləcə , Avropa Biznes Assambleyası 2010-cu ildə Azərbaycan televiziyasını "Teleradio yayım sahəsində ən yaxşı şirkət" mükafatına təqdim edib. Bu ilin mayında AzTV-də yayımlanan "Sovet imperiyasının gizlinləri, Ariqoryanın işi" adlı üçhissəli sənədli filmə görə Mədəniyyət Turizm Nazirliyinin, "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti "Humay" Milli Mükafatı Akademiyasının təsis etdiyi "Humay" mükafatını alıb. Burada çalışan əməkdaşların əksəriyyəti ölkə başçısının sərəncamına əsasən müxtəlif fəxri adlara, mükafatlara, Prezident təqaüdünə s. təltiflərə layiq görülüb. Bu günlərdə Mərkəzi Televiziyanın ünvanına bir şad xəbər qanadlandı. Oktyabrın sonlarında Kiyevdə keçirilən "TEFİ-Sodrujestvo"nun I beynəlxalq festivalında "Azərbaycan Televiziya Radio Verilişləri" QSC tərəfindən çəkilən "Toğrul Nərimanbəyov" "Eyni səma altında" filmləri mükafata layiq görülüb.

Əlbəttə, bütün bu nailiyyətlərin qazanılmasında televiziyanın rəhbərliyinin, yaradıcı heyətinin xüsusi əməyi vardır. Şübhəsiz, son illər aparılan islahatlar da öz bəhrəsini verib. Tamaşaçı kimi bizim üçün xoşdur ki, Mərkəzi televiziyamız öz ənənəsinə sadiqliyi ilə seçilir, milli-mənəvi dəyərlərimizin qorunmasında, təbliğində yorulmadan axtarışlar aparır. Təqdim olunan hər bir verilişdə dilimizin saflığı qorunur, maarifçilik aşılanır, vətənpərvərlik məhəbbəti təsirli şəkildə tamaşaçının ruhuna hopur!

6 noyabr TeleviziyaRadio İşçiləri Günüdür. Bu münasibətlə bütün elektron KİV-də çalışan həmkarlarımızı ürəkdən təbrik edir, onlara çətin və şərəfli işlərində yeni uğurlar arzulayırıq. Ürəyimizdən o da keçir ki, torpaqlarımızın düşməndən - erməni işğalçılarından azad olunması xəbərini - Qələbə müjdəsini də biz elə ilk dəfə Mərkəzi televiziyamızın ekran və efirindən eşidək!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.- 4 noyabr.- S.  4.