Azərbaycan Prezidenti İlham Əliyev Norveçin «Statoil Hydro» şirkətinin Baş icraçı direktorunu qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da  Norveçin "Statoil Hydro" şirkətinin Baş icraçı direktoru Helge Lundu qəbul etmişdir.

"Statoil Hydro" şirkətinin Baş icraçı direktoru Helge Lund Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv qəbul olunması münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. O, dövlətimizin başçısı ilə Davosda keçirdiyi görüşü məmnunluqla xatırladı. Helge Lund təmsil etdiyi "Statoil Hydro" şirkətinin Azərbaycandakı fəaliyyətinə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıq etdi.

Azərbaycan Prezidenti "Statoil Hydro" şirkətinin ölkəmizdəki uğurlu fəaliyyətini yüksək qiymətləndirdi.

Görüşdə "Statoil Hydro" şirkətinin Azərbaycandakı birgə layihələrdə iştirakı və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 11 noyabr.- S.  1.