Azərbaycan Milli Məclisinin Sədri general-leytenant Aleksandr Voloxu mükafatlandırmışdır

 

Rusiyanın şimal paytaxtında səfərdə olan Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov Füzuli rayonunun keçmiş hərbi komendantı, istefada olan daxili xidmət general-leytenantı Aleksandr Voloxu Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalı ilə mükafatlandırmışdır. Sankt-Peterburqun Tavriçeski sarayında təltifetmə mərasimi olmuşdur.

Oqtay Əsədov çıxışında Azərbaycan xalqı qarşısında xüsusi xidmətlərinə görə A.Voloxa təşəkkürünü bildirmiş qeyd etmişdir ki, o, igidliyinə vətəndaş mövqeyinə görə mükafatlandırılır. Oqtay Əsədov demişdir: "Aleksandr Volox Azərbaycan xalqının dostudur. Hələ 1991-ci ildə Dağlıq Qarabağda separatçı silahlı dəstələr özbaşınalıqlar törədərkən Füzuli rayonunun komendantı olaraq Aleksandr Volox sovet zabitinə xas olan əsl şücaət igidlik nümunəsi göstərmişdir. Onun köməyi ilə yüzlərlə azərbaycanlı uşaq, qadın, qoca xilas edilmişdir. O dəhşətli hadisələrdən 20 il keçmişdir, xilas edilmiş uşaqlar böyümüşdür mən Azərbaycan xalqı adından Sizə minnətdarlığımı bildirmək istəyirəm".

A.Volox cavab sözündə demişdir: "O vaxt biz mükafat haqqında düşünmürdük, öz borcumuzu yerinə yetirirdik mən xoşbəxtəm ki, belə yardım göstərmişəm. Bu mükafat ona görə qiymətlidir ki, o, mənə adamları öldürdüyümə görə deyil, onları xilas etdiyimə görə verilir. Ədalətli işlər tanınmalıdır mən Azərbaycana minnətdaram. Düşünürəm ki, Azərbaycanımız bundan sonra da çiçəklənəcək ədalət qalib gələcəkdir".

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu A.Voloxu mükafat alması münasibətilə təbrik etmiş ikitərəfli Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd etmişdir. Diplomat demişdir: "Hazırda ölkələrimiz arasındakı münasibətlər elə səviyyədədir ki, heç kəs onları korlamağa qadir deyildir. Düzdür, bəzən müəyyən cəhdlər edilir, fitnəkarlıqlar törədilir. Amma onların hamısı boşa çıxır". Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov demişdir ki, Aleksandr Voloxa Azərbaycanın yüksək mükafatının təqdim edilməsi mühüm hadisədir onun qəhrəmanlığına görə Azərbaycan xalqının minnətdarlığını təcəssüm etdirir.

Qeyd etmək lazımdır ki, 1991-ci ilin oktyabrında Dağlıq Qarabağda azərbaycanlıların yaşadıqları onlarca kənd qeyri-qanuni silahlı dəstələrin genişmiqyaslı hücumuna məruz qalmışdı. Minlərlə dinc sakin, əsasən qocalar, qadınlar, uşaqlar aramsız atəşə tutulurdu. Onlar üçün yeganə qurtuluş sovet hərbi qulluqçuları tərəfindən mühafizə olunan tək-tük hərbi komendantlıq postları idi. Füzuli rayonunun hərbi komendantı polkovnik A.Voloxun əmri ilə komendantlığın bütün qüvvələri mülki əhalinin xilas edilməsinə yönəldildi. Polkovnik A.Volox dinc vətəndaşların əksəriyyətini bir neçə günə hərbi münaqişə zonasından çıxara bilmişdi.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Sankt-Peterburq

 

Azərbaycan.- 2011.- 11 noyabr.- S. 2.