Gəlin ədalətli və səmimi olaq

 

 Ziyalı sözü çox sadə bir birləşmədən - "ziya" kəlməsindən və "lı" şəkilçisindən yaranıb. Lakin bu sözün mənası olduqca dərin və genişdir, yəni nurlu, işıqlı deməkdir. Sözün kökündə dayanan işıq, nur da təkcə özünün birbaşa mənasında deyil, bilik, ağıl, zəka, dünyagörüşüs. anlayışında qəbul edilir. Beləliklə, ziyalı nur saçan, öndə gedən, başqalarına işıqlı yol göstərən, nümunə olan bir insandır.

Azərbaycan xalqı həmişə öz ziyalıları ilə fəxr edib. Xalqın tarixinin müxtəlif mərhələlərində Azərbaycan ziyalısı mübarizənin ön cərgələrində olub. İstər savadsızlıq və cəhalət əleyhinə mübarizə olsun, istər istiqlaliyyət və müstəqillik, istərsə də torpaqlarımızın azadlığı uğrunda... Heç uzağa getməyək. Son onilliklərdə xalqımızın öz müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda apardığı gərgin mübarizələrdə həmişə ziyalıların gur səsi eşidilib, mətin addımları görünüb, doğru-dürüst mövqeləri özünü aydın göstərib.

Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev əsl ziyalılara həmişə yüksək qiymət verib, onları dinləyib, onlarla məsləhətləşib, onlara inanıb və hətta arxalanıb.

Yazıçı, jurnalist, həkim, müəllim, alim, yaxud başqa bir fəaliyyət sahəsində çalışmasından asılı olmayaraq, ziyalı əsl vətəndaşdır. Odur ki, onun ürəyi həmişə öz vətəninin qəlbi ilə birgə vurmalı, xalqının, el-obasının sevinci onu qürurlandırmalı, problemləri isə dərindən düşündürməli və narahat etməlidir. O, həmin problemlərin həllində öz qüvvəsini əsirgəməməlidir. Başqa sözlə, əsl insan və əsl ziyalı həmişə vətəni ilə birlikdə olmalıdır, özü də təkcə məkan mənasında yox. O öz qəlbi, vicdanı,  varlığı,  sağlam əqidəsi və məqsədi ilə vətəninə xidmət etməlidir. Fikrimi təkrar etmiş olsam belə, bir daha deyim ki, bu gün bizim məhz belə ziyalılarımız minlərlə, on minlərlədir. Onlar Azərbaycanın Qarabağ probleminin həlli yollarında hər an dövlətlə, xalqla birlikdədirlər.

Azərbaycanın bütün dünyanı heyrətə gətirən uğurları, iqtisadiyyatın sürətli inkişafı, sosial sahədə, insanların güzəranının yaxşılaşdırılması istiqamətində qazanılan müvəffəqiyyətlər ölkəmizi sevməyənlərin təbii ki, ürəyini açmır. Cəmi 20 il əvvəl müstəqilliyini bərpa etmiş bir ölkənin tez bir zamanda dünyamiqyaslı layihələri reallaşdırması, məsələn, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi kəmərlər çəkməsi, hər sahədə sıçrayışlı irəliləyişə nail olması, öz iqtisadiyyatı ilə dünyaya inteqrasiya etməsi bədxahlarımızı çox narahat edir.

Bütün bunlara kölgə salmaq, ölkədə daxili narazılıq yaratmaq və digər qeyri-sağlam niyyətlərini həyata keçirmək istəyən qüvvələr xaricdən əl uzadıb bəzi ziyalılardan silah kimi istifadə etməyə cəhd göstərirlər. İndi ölkə əhalisinin, o cümlədən ziyalıların, gənclərin, qeyri-hökumət təşkilatları üzvlərinin mütləq əksəriyyəti dövlətimizi, onun siyasətini, ölkə Prezidenti İlham Əliyevi hər sahədə dəstəkləyirlər. Belə olduğu halda, əlbəttə ki, dövlətdən narazı ziyalılar və digər insanlar toplamaq müşkül bir işdir. Buna görə də onlar siyasi partiyaların üzvü, yaxud tərəfdarı olan bəzi diplom sahiblərindən "müstəqil ziyalılar" ordusu yaradır, müxalifət təşkilatlarındakı cavanlardan "siyasətdən uzaq, amma narazı gənclər qrupları" formalaşdırır, qrantlarda tamahı olanlardan "qeyri-dövlət sektorunun təmsilçiləri"ni toplayırlar. Götürək elə Ziyalılar Forumu adlanan qurumu.

Bu forumda Azərbaycan ziyalılarının çox kiçik bir qismi toplanıb. Elə onların müzakirə etdikləri məsələlərin də bir sanbalı və faydası yoxdur. Görünür, elə son günlər gündəmə gətirdikləri mövzunu da sensasiya xatirinə ediblər.

Buradan da aydın görünür ki, forumda toplaşanlar arasında  vaxtilə vəzifələrindən sui-istifadə edib işdən çıxarılan məmurlar, şəxsi mənafeyini güdənlər, deputat mandatını itirənlər, istədiklərini edə bilmədikləri üçün iqtidardan inciyənlər, rüşvət aldıqlarına görə kürsüsü ilə vidalaşanlars. var. Onlar bu forumu radikal müxalifətin siyasi mübarizə vasitəsinə çevirməyə can atırlar. Son günlərdə professor Rafiq Əliyevin Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdirliyindən uzaqlaşdırılmasını əllərində dəstəvüz edərək cəmiyyətdə bir ajiotaj yaratmaq istəyənlərin məqsədi də budur.

Rafiq Əliyev tanınmış alimdir, ona etimad göstərilib, kafedra müdiri vəzifəsinə irəli çəkilib, bir çox təhsil layihələrinin hazırlanmasında iştirak edib. Lakin o, bir kafedra müdiri kimi etimadı doğrultmayıb. Nəticədə tədris prosesində ciddi nöqsanlar yaranıb. Ona dəfələrlə güzəşt edilsə də, vəziyyət dəyişməyib. Əgər kafedra müdiri daim öz yerində olmursa, prosesi pozuluriflic vəziyyətə düşürsə, günah kimdədir? Əlbəttə ki, bu cür kafedra müdirinin vəzifəsindən çıxarılması heç bir təəccüb doğurmamalıdır. Üstəlik də, bu, onun çalışdığı ali məktəbin öz daxili problemidir. Bunu siyasiləşdirmək hansı məqsədi daşıyır?

Demək olmaz ki, ölkədə bütün alimlərin siyasi mövqeyi eynidir. Müxtəlif elmi müəssisələrdə, o cümlədən ADNA-da çalışan alimlər arasında da müxalifətyönlülər var. Lakin indiyə qədər onları heç kəs incitməyib və işdən çıxarmayıb! Rafiq Əliyev də işdən çıxarılmayıb. O, çalışdığı ali məktəbdə müəllim və professor olaraq qalır. Kafedra müdiri kimi fəaliyyətini davam etdirə bilməməsinin günahı isə heç kəsdə deyil, məhz özündədir.

İndi gəlin bir daha düşünək: bu məsələyə siyasi don geyindirməyin mənası və məramı nədir? Ziyalılar Forumu qoy belə əməllərlə məşğul olmaqdansa, Azərbaycanın Qarabağ problemini, bir milyon nəfərdən çox qaçqın və məcburi köçkünün taleyini, torpaqlarımızın beşdə bir hissəsinin mənfur düşmənin tapdağı altında olması mövzusunu müzakirə etsin, bundan narahatlıq keçirsin. Halbuki qurum bu məsələni bir dəfə də olsun gündəmə gətirməyib. Əgər burada toplaşanlar əsl ziyalıdırsa, qoy bir yazıçı, alims. kimi öz ağıl və dərrakəsini xalqı narahat edən problemlərin həllinə yönəldərək dövlətin dəstəkçisi olsunlar.

Birki, Ziyalılar Forumuna toplaşanlar niyə indi dil açıblar? Onların bəzilərinin əvvəllər, lap elə cəmi bir neçə il bundan qabaq öz fikirlərini söyləmək üçün geniş tribunaları olub axı!..

Odur ki, gəlin hər hadisəyə və məsələyə düzgün yanaşaq. Ədalətli və səmimi olaq!

 

 

F.SADIQLI

 

Azərbaycan.- 2011.-13 noyabr.- S.  3.