Şəxsi maraq milli mənafedən üstün tutulmamalıdır

 

 Hər bir xalqın tarixində daha çox yadda qalan onun ziyalısı, sərkərdəsi, dövlət başçısı olur. Azərbaycan xalqı da özünü tanıyandan və bəşəriyyətə təqdim edəndən ziyalılarının zəkasından bəhrələnib.  Ziyanın işıq, nur olduğunu isə, əlbəttə, sadə əmək adamından, elm xadimlərimizədək hər birimiz bilirik. Belə örnəyə çevrilmiş ziyalılarımızın fəaliyyəti təkcə təmsil etdiyi xalqın deyil, ümumbəşəri sayılır və daim dəyərləndirilir.

Bu gün dünyanın ən  tanınmış simaları arasında xalqımızın da ziyalılarının olması, ən azı, qüruriftixar  yerimizdir. Bir sözlə, öndə gedənlər, öz təfəkkür tərzi ilə digərlərinə örnək  sayılan, zəkasının işığı  zülmətlər yaran ziyalılarımız, nə yaxşı ki, barmaqhesabı sayılmır. Xalqımız daim öz ziyalılarını öndə görüb və onların simasında tanınıb.

O da məlumdur ki, Azərbaycanımızın ərazisi kimi, əhalisi də o qədər çox deyil ki, bir-birimizi tanımayaq. Azərbaycanda yaşamaq nə qədər şərəflidirsə,  ondan da artıq məsuliyyətlidir. Müxtəlif quruluşlar yola salmış xalqımız dövlət müstəqilliyinin yenidən bərpasından ötən 20 illik bir zamanda  keçdiyi sürətli inkişaf yolunudanmaq, nə də inkar etmək mümkündür. Dünyanın aparıcı dövlətləri sırasına çıxan, bir sıra beynəlxalq  nüfuzlu təşkilatların üzvlüyünə qəbul edilən dövlətimizin aparıcı qüvvəsi ilk növbədə daxilixarici siyasət kursunun düzgün seçilməsidirsə, ikinci mühüm amil isə ziyalılarımızın zəkasından səmərəli şəkildə istifadə olunmasıdır.

Təbii ki, demokratik quruluşlu cəmiyyətlərdə fikir müxtəlifliyi labüddürbundan qaçmaq mümkün deyildir. Ötən əsrin 90-cı illərindən ölkəmizdə də iqtidar-müxalifət düşərgəsi arasında fikir ayrılığı, plüralizm mövcud olmuşdur. Azad mətbuat da məhz  demokratik cəmiyyətin formalaşdığını təsdiq edən amillər sırasındadır. Lakin, təəssüf hissi ilə qeyd edilməlidir ki, bəzən ziyalıların nüfuz və hörmətindən sui-istifadə halları da özünü göstərmişdir. Ötən əsrin sonlarından başlayan bu tendensiya bu gündavam  etdirilməkdədir. İqtidar və müxalifət düşərgəsindən tamamilə uzaq, əvvəlki "yağlı tikə"sini öz niyyətinə qurban verib, sonradan "üçüncü qüvvə" kimi müxalifətin "şinelinə bürünən", əslində isə heç bir tərəfi təmsil etməyən belələri unudurlar ki, bununla onlar hər iki cəbhəni itirir  cəmiyyətin süpürüb atdığı çamura çevrilirlər. Bu "kateqoriya"ya məxsus bəzilərinin bir araya gələrək Ziyalılar Forumunda xalqımızın adından danışmaq, onun "vəkili"nə çevrilmək  istəklərinin arxasında  dayanan çirkin niyyətlər məlumdur. Çünki belə cəhdlərin dəfələrlə şahidi olmuşuq. Ölkəmizdə  istər elmə, istərsə də, ümumiyyətlə, ziyalılarımza  göstərilən dövlət qayğısını unutmaq, ağa qara demək, ən azı, özünü gülünc vəziyyətə salmaq deməkdir.

Bu günlərdə adı daha çox hallanan ADNA-nın kafedra müdiri Rafiq Əliyevin vəzifəsindən çıxarılmasını bir şouya çevirmək istəyənlərin yersiz "arqumentləri" bu mənada çox cılız və yersiz görünür. Onun müdafiəsi ilə bağlı göstərilən "canfəşanlıq", sadəcə, gülüş doğurur. Doğrudanmı  xalqımızın ziyalı təbəqəsini  düşündürən və narahat edən qlobal problem yoxdur? Bəs Qarabağ?! Professorun doğulduğu Qarabağın 20 ildir ki, düşmən tapdağı altında qalması bu Ziyalılar Forumunda toplaşanları niyə əndişələndirmir? Bəlkə bu məsələnin onlara aidiyyəti yoxdur. Azərbaycan cəmiyyətində kimin kim olduğu və hansı ictimai fəaliyyətlə məşğulluğu gün kimi aydındır.

Əlbəttə,  yuxarıda qeyd etdiyim kimi, ziyalı sözünə daim ehtiyac olubbundan sonra da duyulacaq. Amma  ziyalını nüfuz və hörmətdən salmağa göstərilən cəhd kimi qiymətləndirilən bu siyasi oyunbazlıq, spekulyasiya dövlətimizin inkişafı yolunda xidmətlər göstərmiş insanların əleyhinə yönəlmiş bir cılız kampaniyadır. Dünənki millət vəkili, cəmiyyətdə müəyyən mövqe  nümayiş etdirmiş (əslində isə mövqesizlik göstərmiş), bu gün isə mandatını itirən və ya vəzifəsindən uzaqlaşdırılan kimlərinsə  bütünlüklə  xalqımızın ziyalıları adından danışmaq haqqını haradan qazandıqları məlum deyil. Ziyalı təkcə dünən deputat mandatı daşıyan və ya hakimiyyətdə təmsil olunan, bu günsə  müxalifət düşərgəsinə "xidmət" göstərən ola bilməz. Xalqımızın milli birliyinə kölgə salmaq cəhdi isə heç bağışlanası deyil. Biz, əlbəttə, bugünkü inkişafa milli birliyimizlə, hakimiyyətlə xalqın bir məqsəd uğrunda mübarizəsi zəminində nail olmuşuq. Demək, bu nailiyyətdə həmin insanların əməli fəaliyyəti olmayıb ki, milli birlik axtarışındadırlar.

Rafiq Əliyev  savadlı adamdır, odur ki, professor özü bu işdən çıxmanı təbii qarşılayır, ancaq digərləri nədənsə, narahatlıq keçirirlər. Deməli, antiazərbaycançı şəbəkə bundan da öz çirkin məqsədləri üçün istifadə edir.   Əgər Rafiq Əliyev ADNA-nın müəllimi, professoru olaraq həmin təhsil ocağında qalırsa, hətta mühüm bir proqram-layihədə rəhbərliyini davam etdirirsə, burada inciməli, əlavə hay-küy qaldırmalı nə var?! Əksinə, professorun daha sanballı elmi yaradıcılıqla məşğul olmağa daha çox vaxtı olacaq.

Mən özüm və ailə üzvlərimiz 1948-ci ildə Qərbi Azərbaycandan, Vedidən, dədə-baba torpaqlarımızdan deportasiya edilmişik. O vaxtdan Şəmkirdə yaşayırıq, yaxşıların yaxşısı olan həyat şəraitimiz var, amma torpaq itkisi, el-oba həsrəti başqa dərddir. Mənə elə gəlir, su bulandırmaqla məşğul olan bəzi "ziyalılar" intriqa, dedi-qodu yaratmaqdansa, dünya şöhrətli alimin Qarabağ dərdinə şərik çıxsalar, onun anadan olduğu, hazırda erməni qəsbkarlarının tapdağı altında inləyən Ağdamın, ümumiyyətlə, işğal altında olan torpaqlarımızın azadlığı haqqında dünya ictimaiyyətinə  müraciət etsələr, buna Rafq müəllim özü də çox sevinər, biz oxucular da. İllərlə doğma yurd həsrəti ilə yaşayan ziyalı kimi sizi inandırıram ki, Rafiq müəllimin bəlkə də ən böyük arzusu yaşının bu vaxtında Ağdamda, anadan olduğu evdə olması, istirahət etməsi, doğmaları uyuyan  torpaqları azad görməsi və o yerlərdə asudə gəzməsidir. Əsl ziyalı el-oba dərdi, vətən və xalq  təəssübü çəkəndir. Mənə belə gəlir, Ziyalılar Forumunda cəmləşənlər bu istiqamətdə hörmətli professora dəstək olsalar, bu, həm Rafiq müəllimin mövqeyinə, həm də həmin ziyalıların özlərinə hörmət gətirər.

 

 

Əbdül İSGƏNDƏROV,

Şəmkir rayonu, müəllim

 

Azərbaycan.- 2011.-13 noyabr.- S.  3.