Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının enerji, ətraf mühit, rabitə və nəqliyyat nazirini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də İsveçrə Konfederasiyasının enerji, ətraf mühit, rabitə və nəqliyyat naziri xanım Doris Loytardı qəbul etmişdir.

Dövlətimizin başçısı İsveçrə Konfederasiyasının enerji, ətraf mühit, rabitə və nəqliyyat nazirinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi baxımından yaxşı imkan yaradacağını dedi.

İsveçrəli nazir Azərbaycana ilk səfərindən məmnunluğunu bildirdi. Ölkəmizdə infrastruktur layihələrinə böyük həcmdə sərmayə qoyulması ilə bağlı məlumatlı olduğunu deyən qonaq iqtisadiyyatın inkişaf etdirilməsi üçün bunun əsas amil olduğunu vurğuladı.

Görüşdə Azərbaycan ilə İsveçrə Konfederasiyası arasında iqtisadi, nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 15 noyabr.- S.4.