Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir

 

 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, Sumqayıt Apelyasiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə münasibətdə Cinayət Prosessual Məcəlləsinin 512.2-ci və 519.0.4-cü maddələrinin şərh olunmasına dair müraciətinə baxılaraq Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.

Müraciətə mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun noyabrın 30-na təyin edilmiş iclasında baxılacaqdır.

 

 

Azərbaycan.- 2011.- 15 noyabr.- S.  4.