Azərbaycan ilə Latviya arasında fövqəladə hallar sahəsində əməkdaşlıq vacibdir

 

 Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Latviya Respublikasının iqtisadiyyat naziri Daniels Pavlutsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AzərTAc-a bildirmişlər ki, K.Heydərov nazirlikonun tabeliyində olan qurumların fəaliyyəti haqqında ümumi məlumat vermişdir. FHN-in nüfuzlu beynəlxalq və regional təşkilatlarla, eləcə də xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrini inkişaf etdirdiyini qonaqların diqqətinə çatdırmışdır.

D. Pavluts Azərbaycan ilə Latviya arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini qeyd etmişbu əməkdaşlığın dərinləşməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirmişdir.

 

 

Azərbaycan.- 2011.- 15 noyabr.- S.  7.