Səfər başa çatdı

 

Noyabrın 15-də Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun Azərbaycana rəsmi səfəri başa çatmışdır.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovu Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 16 noyabr.- S.  3.