«Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 1 fevral tarixli 1923 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 1 fevral tarixli 1923 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 2, maddə 104; 2010-cu il, ¹ 5, maddə 424) "Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərinin rəhbərlərinin aylıq əməkhaqları" adlı Əlavədə "B" qrupunun ikinci sütununda "Birləşmiş Ərəb Əmirlikləri," sözlərindən sonra "Braziliya Federativ Respublikası, Cənubi Afrika Respublikası," sözləri, "Ç" qrupunda "Moldova Respublikası" sözlərindən sonra ", İraq Respublikası, Vyetnam Sosialist Respublikası"  sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 noyabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 16 noyabr.- S. 2.