Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

 

 Noyabrın 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuş, həmçinin Xəzər regionunda həyata keçirilən enerji layihələri ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Bundan əlavə, görüşdə qlobal enerji məsələləri və regiondakı vəziyyət müzakirə olunmuşdur.

 

 

Azərbaycan.- 2011.- 16 noyabr.- S.  4.