Azərbaycanın Baş naziri Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi ilə görüşmüşdür

 

 Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə noyabrın 16-da Avropa Komissiyası sədrinin müavini, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eştonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Baş nazir xanım Ketrin Eştonun ölkəmizə səfərinin Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənəcəyinə təkan verəcəyini demişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Artur Rasizadə söyləmişdir ki, bu problem yalnız beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Xanım Ketrin Eşton Azərbaycana səfərindən məmnunluğunu bildirmişdir.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 17 noyabr.- S. 3.