Azərbaycan kitabları beynəlxalq sərgidə maraq doğurmuşdur

 

 Son 20 il ərzində mədəniyyətə, dil və digər mənəvi məsələlərə həsr olunmuş beynəlxalq tədbirlərin sırasına  biri də əlavə edilmişdir: noyabrın 12-dən 15-dək İstanbulda Beynəlxalq Kitab Sərgisi keçirilmişdir. Bu, İstanbulda indiyədək keçirilən 30-cu Beynəlxalq Kitab Sərgisidir. İstər iştirakçılarının sayına, istərsə də miqyasının genişliyinə görə əvvəlkilərindən fərqlənən sərgidə dünyanın demək olar ki, bütün qütblərindən naşirlər, kitab yayıcıları və oxucular iştirak etmişdilər.

Xatırlatmaq yerinə düşər ki, burada ilk dəfə  kitab sərgisi 1982-ci ildə 28 nəşriyyatın iştirakı ilə keçirilmişdir. 2005-ci ildə beynəlxalq status qazandıqdan sonra iştirakçıların sayı çoxalmış, təqdim olunan çap məhsullarının çeşidi isə xeyli artmışdır: 1991-ci ildə sərgi 159 min nəfər iştirakçını bir araya toplamışdırsa, 2001-ci ildə bu rəqəm 355 minə çatmışdır. Bu, hələ sərgidə iştirak edənlərin rekord həddi deyildi. 2006-cı ildə İstanbulda təşkil olunmuş Beynəlxalq Kitab Sərgisində 500 yerlixarici nəşriyyatın nümayəndələri özlərinin çap məhsullarının keyfiyyətini nümayiş etdirmişlər. 2010-cu ildə İstanbulda keçirilən  növbəti kitab bayramında 410 min nəfər  kitabsevər yeni nümunələrlə tanışlıq imkanı qazanmışdır. Bu dəfə sayca 30-cu (eyni zamanda, yubiley tədbiri kimi təqdim olunan) sərgiyə 600-dən artıq poliqrafiya müəssisəsi, həmçinin kitab yayımı ilə məşğul olan qurum qatılmışdır.

Noyabrın 12-də İstanbulun çox populyar olan TÜYAP sərgi mərkəzində  Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyevin başçılıq etdiyi  nümayəndə heyəti təmsil etmişdir.

Üçgünlük  beynəlxalq  tədbirə ciddi hazırlaşmış Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sərgi salonunda tərtib edilmiş guşə həcminə və  dizaynına görə digərlərindən fərqlənmişdir. Azərbaycanda fəaliyyət göstərən nəşriyyatlar tərəfindən son illər nəfis şəkildə  çap olunmuş kitablardan nümunələr sərgi iştirakçılarına təqdim edilmişdir.

Filologiya elmləri doktoru Nizaməddin Şəmsizadənin "Kitabi-Dədə Qorquddan Nizami Gəncəviyə, Nizami Gəncəvidən bu günə Azərbaycan şeiri" mövzusuna həsr olunmuş məruzəsi də sərgi iştirakçılarında   maraq doğurmuşdur.

Konfransda Azərbaycan ədəbi ictimaiyyətinin nümayəndələrindən şair Çingiz Əlioğlu, Vaqif Bəhmənli, Səlim Babullaoğlunun poetik nümunələri maraq doğurduğu qədər də xalq artistləri - xanəndə Mələkxanım Əyyubovanın, tarzən Möhlət Müslümovunkamança ifaçısı Fəxrəddin Dadaşovun təqdim etdiyi muğam və təsniflər alqışlarla qarşılanmışdır.

 

 

M.NƏRİMANOĞLU

 

Azərbaycan.- 2011.- 18 noyabr.- S. 11.