Xalq şairinin adını daşıyan mükafatın təqdimatı olmuşdur

 

 Səməd Vurğunun ev-muzeyində şairin adını daşıyan mükafatın təqdimatı olmuşdur. Muzeyin direktoru, şairin nəvəsi Aygün Vəkilova bildirmişdir ki, xalq şairinin adını daşıyan fondun və ev-muzeyin təsis etdiyi "Səməd Vurğun" diplomu hər il ənənəvi olaraq böyük ədibin irsinin təbliğ olunmasında fəallıq göstərən ziyalılara və vurğunşünas alimlərə təqdim olunur.

Tədbirdə şairin nəticəsi, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Vurğun Vəkilovun pianoda ifası habelə qiraətçilərin ifasında şairin şeirləri dinlənilmişdir.

 

 

Azərbaycan.- 2011.- 18 noyabr.- S. 12.