Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti, nəqliyyat üzrə komissar Siim Kallası qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Avropa Komissiyasının vitse-prezidenti, nəqliyyat üzrə komissar Siim Kallası qəbul etmişdir. 

Siim Kallas dövlətimizin başçısını Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbrik etdi.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olundu, əlaqələrimizin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı. Görüşdə, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında nəqliyyat, eyni zamanda TRASEKA proqramı çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 20 noyabr.- S.  1.