Şəki, Qəbələ, QaxOğuz rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Son illərdə ölkənin bütün bölgələrində olduğu kimi, Şəki, Qəbələ, Qax və Oğuz rayonlarında da bir sıra mühüm infrastruktur layihələri həyata keçirilmiş, müasir tələblərə cavab verən sosialyönümlü obyektlər inşa edilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri, o cümlədən turizmin inkişafı üçün əsaslı tədbirlər görülmüşdür.

Bu istiqamətdə işlərin davam etdirilməsi və "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda müəyyən olunmuş tədbirlərin göstərilən rayonlar üzrə həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Şəki, Qəbələ, QaxOğuz rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Şəki, Qəbələ, QaxOğuz rayonlarının icra hakimiyyətlərinin hər birinə 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 noyabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 22 noyabr.- S.1.