Fransa televiziyasında Azərbaycan nefti ilə bağlı veriliş səsləndirilmişdir

 

 Fransa-5 televiziya kanalında Azərbaycan neftinə həsr olunmuş "Neft, yeddi bacının sirri" adlı birsaatlıq veriliş səsləndirilmişdir.

Ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə fransız jurnalistləri Frederik TonelliArno  Hamelinin hazırladıqları verilişin əvvəlində XlX əsrin sonları və XX əsrin əvvəllərində neftin istehsalı ilə dünyanı bürümüş neft bumundan, həmin dövrdə mühüm enerji mənbəyi kimi neftə tələbatın getdikcə artdığından və onun  rolunun yüksəldiyindən,  neft sahələrinə sahiblik uğrunda hegemon dövlətlər arasında gedən  mübarizədən söhbət açılmış, bu yeraltı sərvətin, bir çox ölkələrlə yanaşı, Azərbaycanda da zəngin olduğu diqqətə çəkilmişdir.

Azərbaycanın Şərqlə Qərb arasında dörd yol ayrıcında, mühüm strateji əhəmiyyət daşıyan "İpək Yolu"nun üzərində yerləşdiyini qeyd edən müəlliflər XlX əsrin sonlarında və XX əsrin başlanğıcında Nobel qardaşlarının və Rotşildin Bakı neftinə göstərdikləri xüsusi maraq sayəsində ölkəmizdə məskunlaşmaları, neft emalında yerli neft maqnatları ilə birlikdə çalışmaları barədə tamaşaçılara ətraflı məlumat vermişlər.

Keçən əsrlərdə Azərbaycanın öz sərvətlərinin sahibi olmamasına diqqət çəkilən verilişdə XX əsrin əvvəlində Bakı nefti uğrunda imperialist dövlətlərin çarpışdıqları, nəhayət 1920-ci ildə bolşeviklərin neftlə zəngin Azərbaycanı işğal edərək ingilisləri və digər dövlətləri sıxışdırıb çıxardıqları xüsusi vurğulanmışdır.

İkinci Dünya müharibəsində Qələbənin əldə edilməsində Azərbaycan neftinin müstəsna rol oynamasına toxunan fransız jurnalistləri bütün dünyanı Almaniyanın köləsinə çevirmək kimi cəfəng fikrə düşmüş Hitlerin Bakı neftini ələ keçirmək barədə xüsusi tapşırığını xatırlatmışlar. Hətta yaxınlarının dairəsində Bakı və neft quyularının təsvir olunduğu tortun bir parçasının kəsilərək Hitlerə təqdim edilməsi verilişdə öz əksini tapmışdır.

Verilişdə müharibədən sonrakı illərdə neft yataqlarının kəşfi və onların istismarı sahəsində artıq Azərbaycanda təcrübəli mütəxəssislərin yetişdiyi və onların nəinki SSRİ-nin müxtəlif guşələrində, habelə bir çox xarici ölkələrdə neft ehtiyatlarının aşkara çıxarılması fəaliyyətlərindən bəhs edilmiş, Sibirdə neft yataqlarının tapılmasında azərbaycanlı geoloq Fərman Salmanovun böyük xidməti qeyd olunmuşdur.

Verilişdə SSRİ-nin süqutundan sonra öz yeraltı və yerüstü sərvətlərinin əsl sahibi olan Azərbaycanın müstəqilliyini bərpa etdiyi, ilk illər iqtisadiyyatı tənəzzülə uğrayan ölkəmizin ağır və çətin dövr yaşadığı, prezident seçildikdən sonra ümummilli liderimiz Heydər Əliyevin apardığı uğurlu daxilixarici siyasət nəticəsində Azərbaycanın qısa bir vaxtda sürətlə inkişaf etdiyi, Avropaya inteqrasiya edilməsinə üstünlük verən ulu öndərin qətiyyətli səyi nəticəsində 1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin bağlandığına, "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının istismarına, bunun ölkənin iqtisadi yüksəlişinə müəyyən təsir etdiyinə  dair fikirlərə geniş yer verilmiş, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin  istifadəyə verilməsi XXl əsrin mühüm hadisəsi kimi qeyd olunmuş, bu kəmərin iqtisadi baxımla yanaşı, siyasistrateji əhəmiyyət daşıdığı diqqətə çatdırılmışdır.

Fransız jurnalistləri hazırladıqları verilişdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs etmiş, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etdiklərini, ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın bir parçası olan Dağlıq Qarabağdanona bitişik rayonlarından bir milyondan çox azərbaycanlının silah gücünə zorla öz ata-baba yurdlarından çıxarıldığı,  onların qaçqın və məcburi köçkün həyat tərzi keçirdikləri xüsusi vurğulanmışdır.

Verilişdə Azərbaycanın son illər iqtisadi qüdrətinin yüksəldiyi, Cənubi Qafqazda  lider dövlət kimi aparıcı rola malik olduğu, əhalinin sosial yaşayış səviyyəsinin ildən-ilə yaxşılaşdığı, 2009-cu ildə ölkə büdcəsinin 15 milyard manat təşkil etdiyi, dünyanın inkişaf etmiş aparıcı dövlətlərinin maliyyə böhranından əziyyət çəkdikləri halda, Azərbaycanın bu böhrandan az itki ilə çıxdığı diqqətə çəkilmişdir.

Müəlliflər iqtisadi inkişafın Azərbaycan paytaxtının və rayonların simasının  dəyişməsinə təsirindən danışmış, Bakının yaxın gələcəkdə yeni Dubay təsiri bağışlayacağını bildirmişlər.

Veriliş Azərbaycanı fransızlara yaxından tanıtmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2011.- 23 noyabr.- S.  6.