“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 11, maddə 612; 2002, ¹ 5, maddə 250, ¹ 6, maddə 328; 2004, ¹ 3, maddə 133; 2005, ¹ 12, maddə 1079; 2006, ¹ 2, maddə 64, ¹ 11, maddə 933, ¹ 12, maddə 1005; 2007, ¹ 6, maddə 560; 2008, ¹ 4, maddə 252, ¹ 6, maddə 462; 2010, ¹ 3, maddə 172, ¹ 6, maddə 487; 2011, ¹ 4, maddələr 252, 268) 20-ci maddəsinin IV hissəsində “məlumatlar” sözündən sonra “(korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının əməliyyat-axtarış tədbirləri ilə bağlı məlumatları istisna olmaqla)” sözləri əlavə edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 oktyabr 2011-ci il.

 

Azərbaycan.- 2011.- 24 noyabr.- S.  4.