Auditorlar Palatası Berlində strateji əməkdaşlıq barədə sazişlər imzalamışdır

 

 Auditorlar Palatasının sədri Vahid Novruzovun başçılıq etdiyi nümayəndə heyəti Berlin şəhərində Beynəlxalq Mühasiblər Federasiyasının şura iclasında iştirak etmişdir.

Palatadan AzərTAc-a bildirmişlər ki, tədbirdə hesabat və təşkilati işlərlə yanaşı, Beynəlxalq Mühasibat Uçotu və Audit Standartlarının tətbiqi, maliyyə şəffaflığının yüksəldilməsi və korporativ idarəetmənin aktual problemləri üzrə müzakirələr və təcrübə mübadiləsi aparılmışdır.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Auditorlar Palatası Moldova Peşəkar Mühasiblər və Auditorlar Assosiasiyası, həmçinin Rusiya Peşəkar Mühasiblər və Auditorlar İnstitutu ilə strateji əməkdaşlıq barədə sazişlər imzalamışdır.

 

 

Azərbaycan.- 2011.- 24 noyabr.- S. 6.