Xəzərə neft dağılmalarının qarşısını almaq üçün ölkədə bütün imkanlar var

 

 Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) timsalında Xəzərdə karbohidrogenlərin hasilatı ilə bağlı fövqəladə vəziyyətlərin qarşısının alınması üçün bütün imkanlara malikdir.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən "Yanacaq-energetika komplekslərində sənaye təhlükəsizliyi. Dənizdə və quruda neft dağılmaları" konfransında fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə deyib.

"Hazırda Azərbaycan neftqaz ixracı üçün 7 boru kəmərinə malikdir. Ölkə quruda və dənizdə neftqaz hasilatı ilə də məşğul olur. Bu baxımdan neft dağılmaları ilə bağlı xəbərdarlıq və onların qarşısının alınması böyük əhəmiyyət daşıyır" - deyən F.Tağızadə bildirib ki, FHN-nin dənizdə fövqəladə halların qarşısını almaq üçün 11 gəmisi var  onlardan 7-si yanğınların qarşısının alınması üçün nəzərdə tutulub. Eləcə də nazirliyin balansında amfibiya təyyarələr və helikopterlər var. Beləliklə, idarə hasilat platformalarında və quyuların fontan vurması zamanı baş verə biləcək fövqəladə halların qarşısını almaq üçün bütün zəruri avadanlıqlara, nəqliyyat vasitələrinə və texnologiyalara malikdir.

 

 

Azərbaycan.- 2011.- 24 noyabr.- S.  8.