Mavritaniya İslam Respublikasının Prezidenti zati-aliləri cənab Məhəmməd uld Əbdüləzizə

 

 Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Mavritaniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim öz inkişafını davam etdirərək xalqlarımızın rifahına töhfələr verəcəkdir.

 Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mavritaniya xalqına sülhrifah arzulayıram.

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı, 14 noyabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 27 noyabr.- S.  1.