“Azərbaycan Respublikasının Dövlət Neft Fondunun 2002-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 21 dekabr tarixli 604 nömrəli Fərmanında əlavə və dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 1 noyabr tarixli 811 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsində dövlətə məxsus payların idarə edilməsinin təkmilləşdirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 iyul tarixli 1648 nömrəli Sərəncamını nəzərə alaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun 2002-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 21 dekabr tarixli 604 nömrəli Fərmanında əlavə və dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 1 noyabr tarixli 811 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 11, maddə 656; 2011, ¹ 7, maddə 638) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissədə “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinə” sözləri “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə” sözləri ilə əvəz edilsin;

1.2. 3-cü hissədə “, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 noyabr 2011-ci il.

 

Azərbaycan.- 2011.-27  noyabr.- S. 2.