Qəbələdə «Ekoloji idarəçilikdə gənclərin rolu: bu günsabah» devizi ilə gənc ekoloqların beynəlxalq düşərgəsi başa çatmışdır

 

 Beynəlxalq düşərgədə gənc ekoloqların Qəbələ Bəyannaməsi qəbul edilmişdir  

 

Qəbələdə Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın təşkilatçılığı ilə "Ekoloji idarəçilikdə gənclərin rolu: bu günsabah" devizi altında keçirilən gənc ekoloqların beynəlxalq düşərgəsi noyabrın 26-da başa çatmışdır.

AzərTAc xəbər verir ki, beynəlxalq düşərgə ikinci gün öz işini bölmə iclaslarında davam etdirmişdir.

Minilliyin layihəsinin direktoru Cerom Kleyton Qlenin moderatorluğu ilə keçən "İqlim dəyişikliyinin gənclərə təsiri" mövzusunda birinci bölmə iclasında Almaniyanın Freie Universitetinin nümayəndəsi Tomas SkadMisirin "ETIJAH" Gənclər İnstitutunun prezidenti Heşam Məhəmməd Əl Roubi çıxış etmişlər.

Böyük Britaniyanın "EcoMuslim" təşkilatının direktoru Ömər Farukun moderatorluğu ilə keçən "Enerji resurslarından səmərəli istifadə" mövzusunda ikinci bölmə iclasında BMT-nin İnkişaf Proqramının Rusiyadakı nümayəndəliyinin baş məsləhətçisi Aleksandr Averçenkovun, Bolqarıstanın Ətraf MühitSu Resursları Nazirliyinin nümayəndəsi Veneta Triffonovanın çıxışları dinlənilmişdir.

Macarıstanın hakim Fidesz - KDNP partiyasının ətraf mühit məsələləri üzrə müşaviri Tristan Azbejin moderatorluğu ilə keçən "İnnovativ texnologiyaların inkişafı" mövzusunda üçüncü bölmə iclasında isə Almaniyanın Freie Universitetinin Xəzər regionu üzrə araşdırmalar mərkəzinin təmsilçisi Behrooz AbdolvandEstoniya parlamentinin üzvü Rainer Vakra fikirlərini bölüşmüşlər.

Hər üç panel iclaslarında çıxışlar maraqlı təqdimatlarla müşayiət olunmuş, mövzularla bağlı diskussiyalar aparılmış və gənc ekoloqları maraqlandıran suallar cavablandırılmışdır.

Natiqlər "Ekoloji idarəçilikdə gənclərin rolu: bu günsabah" devizi ilə gənc ekoloqların beynəlxalq düşərgəsinin əhəmiyyəti haqqında da danışmış, qlobal miqyasda yaranan ekoloji problemlərin həlli istiqamətində əməkdaşlıq yollarının müzakirə edilməsi baxımından bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulamış, Qəbələ düşərgəsinin yüksək səviyyədə təşkilinə görə İDEA Ətraf Mühit Kampaniyasının təsisçisi Leyla xanım Əliyevaya təşəkkür etmişlər. 

Beynəlxalq düşərgənin sonunda gənc ekoloqların Qəbələ Bəyannaməsi qəbul edilmişdir.

Bəyannamədə deyilir: "Biz, dünyanın 35 ölkəsinin gəncləri yaranmaqda olan ətraf mühit problemlərinin təhlükələrindən xəbərdarıq. Hesab edirik ki, hazırkı qlobal iqtisadi modellər ətraf mühitə mənfi təsir göstərir və əvəzolunmaz təbii resursları məhv edir. Biz gənclərin qlobal ətraf mühitlə harmoniya yaratmaq gücünə inanırıq".

Bəyannamədə gənclər dünyanın bütün ölkələrində yaşayan insanları və liderləri təhlükəsiz gələcək naminə aşağıdakı prinsipləri qəbul etməyə çağırırlar: Yaranan problemə görə hər kəsin fərdi məsuliyyəti öz üzərinə götürməsi; Gələcəkdə təhlükəsiz, daha az karbon olan dünyada yaşamaq hüququna hörmət edilməsi; Daha çox qarşılıqlı anlaşmanın tələb edilməsi; Gənclərin səsinin eşidilməsi; Şəxsi öhdəlik.   

Xatırladaq ki, dünyanın 35 ölkəsindən 100-dən çox gənc ekoloqun iştirak etdiyi düşərgənin keçirilməsinin məqsədi regiondadünyada inkişaf etməkdə olan müxtəlif ekoloji qruplar və hərəkatlar arasında əməkdaşlıq və təşkilatlanma vasitəsilə işgüzar əlaqələrin qurulmasına töhfə vermək, gənc ekoloqların təmsil etdikləri regionların ictimai həyatında fəal iştirakını təmin etmək, onların öz icmalarında rolunu gücləndirmək və ekoloji maarifləndirmə prosesini həyata keçirmək üçün gəncləri səfir olmağa təşviq etməkdir.

 

Azərbaycan.- 2011.- 27 noyabr.- S.  5.