Qəbələdə keçirilən beynəlxalq düşərgə gənc ekoloqlar arasında əməkdaşlığın qurulması baxımından gözəl imkandır

 

 Qəbələdə keçirilən beynəlxalq düşərgə gənc ekoloqlar arasında əməkdaşlığın qurulması baxımından gözəl imkandır. Bu düşərgə həmçinin gənclərin maarifləndirilməsi baxımından da böyük əhəmiyyətə malikdir.

Bu sözləri düşərgədə iştirak edən Estoniya parlamentinin üzvü Rainer Vakra AzərTAc-a müsahibəsində söyləmişdir.

Rainer Vakra demişdir: "Ümumiyyətlə, düşərgənin aparıcı qüvvəsini gənclərin təşkil etməsi çox müsbət haldır. Çünki burada iştirak edən gənclər gələcəyin liderləri, adamları, alimləridirlər".

Düşərgənin nəticəsi olaraq qəbul edilmiş Qəbələ Bəyannaməsinin əhəmiyyətinə toxunan Estoniya parlamentinin üzvü bu sənəddə öz əksini tapmış prinsiplərin həyata keçirilməsinin planetimizin üzləşdiyi ekoloji problemlərin həllinə mühüm töhfə verəcəyinə əmin olduğunu bildirmişdir.

 

Azərbaycan.- 2011.- 27 noyabr.- S.  5.