Gəncə Dövlət Universitetində biokimyəvi məsələlər müzakirə edilmişdir

 

 Gəncə Dövlət Universitetində "Biokimyəvi nəzəriyyələrin aktual problemləri" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Universitetin rektoru professor Elman Məmmədov Rusiya, Türkiyə və Gürcüstan alimlərinin də iştirak etdikləri konfransı giriş sözü ilə açaraq biokimyəvi nəzəriyyələr, eləcə də elmin bu sahəsi  üzrə məşğul olan alimlərin fikirləri ətrafında aparılacaq müzakirələrin əhəmiyyətindən danışmışdır. Sonra kimya, biokimya, botanika, aqrarekologiya elmlərinin tətbiqi və tədrisi sahəsində olan problemlərlə bağlı məruzələr dinlənilmişdir.

Üç gün davam edən beynəlxalq konfransda dinlənilən məruzələr ətrafında müzakirələr aparılmış, bu sahədə mövcud problemlərin həlli istiqamətində maraqlı təkliflər irəli sürülmüşdür.

 

 AzərTAc

 

Azərbaycan.- 2011.- 29 noyabr.- S. 3.