Tələbələr Beynəlxalq müsabiqədə «Qran-pri» mükafatına layiq görüldülər

 

 Qazaxıstanın Almatı şəhərində 2011-ci ilin  noyabrında "Beynəlxalq tələbə tamaşaları" festivalı keçirildi. Festivala dəvət almış  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri bu beynəlxalq tədbirə ciddi hazırlaşmışdılar. Bu məsuliyyəti tələbələrimiz  2010-cu ildə  Tbilisidə keçirilən festivalda hiss etmiş, onlara göstərilən  qonaqpərvərlik və tamaşaçı alqışı xatirələrindən silinməmişdir.

Almatıda çox böyük qonaqpərvərliklə qarşılandıq. Hər addımda ölkəmizin dünya dövlətləri arasında  nüfuzunun, ictimai-siyasi, mədəni sahələrdə qazandığı nailiyyətlərə görə dövlətimizə və xalqımıza böyük hörmətin şahidi olduq.

Festivalın açılışı T.Jurqanov adına Qazaxıstan Milli İncəsənət Akademiyasında təntənəli şəkildə keçirildi.

Festival Qazaxıstanın  xalq artisti, professor, teatr təhsilinin banilərindən biri olan rejissor Askar Tokmanovun adını daşıyırdı. İncəsənət Akademiyasının tədris teatrında tamaşaların nümayişi üçün hər cür şərait yaradılmış, səhnə tamaşaçı zalı müasir avadanlıqlarla təchiz edilmiş, hər tamaşa üçün  bədii, musiqi tərtibatı verilmişdir.

Festivalın açılışından əvvəl kütləvi informasiya vasitələri üçün  mətbuat konfransı keçirildi. Konfransda universitetin müasir həyatı keçdiyi tarixi yol,  yaradıcılıq prosesi, respublikamızın mədəni həyatında tutduğu yüksək mövqe haqqında məlumat verildi. Qeyd edildi ki, universitet beynəlxalq aləmdə nüfuzlu ali məktəbə çevrilmiş, müasir cəmiyyətin tələblərinə uyğun olaraq yeni ixtisas ixtisaslaşmalar açılmışdır. Bunun nəticəsidir ki, hazırda universitetdə incəsənətin bütün sahələrini əhatə edən  40-a yaxın ixtisas ixtisaslaşmalar  üzrə peşəkar kadrlar hazırlanır. Yaradıcılıq palitrası baxımından rəngarəng  olan ixtisaslar bir-biri ilə qarşılıqlı əlaqəsini təsirini zənginləşdirir. Belə bir şərait isə  istedad səviyyələri müxtəlif olan gənclərə qabiliyyət  bacarıqlarını inkişaf etdirmək üçün münbit şərait yaradır. Göstəriləcək tamaşa nümunə gətirildi. Çünki tamaşanın ədəbi materialı, musiqi bədii tərtibatı tələbələr tərəfindən hazırlanmışdı. Ali məktəbimiz haqqında belə məlumatlar dostlarımızda böyük maraq doğurdu. Almatının mərkəzi telekanalı isə tələbəmizdən müsahibə götürərək festivalla bağlı rəyini öyrəndi.

Festivalın münsiflər heyətinə əməkdar incəsənt xadimi, Qazaxıstanın dövlət mükafatı laureatı, professor, teatrşünas Sıqay Əmirbəy Topabayuli rəhbərlik edirdi.

Tələbələrimizin çıxışları alqışlarla qarşılansa da, tamaşaçı reaksiyası  müəyyən nöqsanları da görüb öz münasibətini göstərdi. Hiss olunurdu ki, həm münsiflər heyəti, həm   tamaşaçılar çıxışlara obyektiv tələbkarlıqla yanaşırlar.

Tələbələrimizin  hazırladığı yüksək peşəkarlıqla göstərdiyi əsər müxtəlif mövzuları əhatə edən, 7 etüddən ibarət bütöv bir tamaşa idi. Hər bir hissə bir-biri ilə bədii təsvir  ifadə vasitələri, improvizə, plastika, ritm aktyorların hissetmə həssaslığı ilə bağlanırdı.

Tamaşa başlanarkən işıq səs effektlərindən istifadə olunaraq  hər bir obrazın xarakterinə uyğun donmuş hərəkətdə işıqlanır  tamaşaçını maraqlandırırdı.

Tamaşanın müvəffəqiyyətlə getməsində kursun bədii rəhbəri, dosent Vidadi Həsənovun  bir rejissor obrazı  kimi iştirak etməsinin rolu böyük idi.

Cəmi 10 tələbənin yaratdığı tamaşanın  təsir gücü,  universitetimizdə gedən  yaradıcılıq tədris prosesinin dərəcədə yüksək olduğu tamaşaçıların münsiflər heyətinin kəsilmək bilməyən alqışlarında görünürdü. 7  hissənin hər biri  üçün hadisələrə uyğun  musiqi tərtib edilmişdi. Hər bir hissənin mövzusu, xarakteri ifa dinamikası,  hətta janrı müxtəlif idi.  Göstərilən etüdlərdə məzmunla quruluş formanın həlli səviyyəsi, ifaçılıq məharəti yüksək idi .

Aktyorlar səsləndirilən musiqi parçaşını melodiya plastik hərəkətlər  vasitəsilə nümayiş etdirirdilər. Bəzən elə səhnələr olurdu ki, aktyor tamaşaçı ilə səssiz dialoqa girir, keçirdiyi həyəcan düşüncələrini təqdim edə bilirdi.

40 dəqiqəlik tamaşa bitdikdən sonra zal uzun müddət alqışlara qərq oldu. Bir gün sonra kollektivimiz səhnəyə dəvət olunaraq münsiflər heyətinin qərarını oxuyan Sıqay Əmirbəy Topabayuli tərəfindən "Qran-pri" mükafatının qalibi elan edildi universitetimizin bayrağı ucaldıldı.

Bu qələbə tələbələrin, onlara dərs deyən müəllimlərin, ümumilikdə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin, daha doğrusu, xalqımızın idi.

 

 

 

Rafiq SADIQOV,

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət

Universitetinin tədris və  tərbiyə işləri üzrə prorektoru,

Professor

 

Azərbaycan.- 2011.- 29 noyabr.- S.  6.