Rumıniyanın Azərbaycanda yeni təyin olunmuş səfiri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir

 

Rumıniyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu noyabrın 29-da Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, ulu öndərin abidəsini ziyarət etmişdir.

Diplomat xalqımızın ümummilli liderinin xatirəsini ehtiramla yad etmiş, abidənin önünə gül dəstəsi qoymuşdur.

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 30 noyabr.- S. 2.