Ankit Xandelval: Qəbələdə keçirilən beynəlxalq düşərgə gənc ekoloqları ətraf mühit problemlərinin həllində daha fəal iştiraka ruhlandırdı

 

 "Qəbələdə keçirilən beynəlxalq düşərgə biz gənc ekoloqları ətraf mühit problemlərinin həllində daha fəal iştiraka ruhlandırdı. Bu düşərgə bizim maariflənməmiz və qarşılıqlı əməkdaşlıq yolları ilə bağlı fikir mübadiləsi aparmağımız baxımından da çox böyük əhəmiyyətə malikdir".

Bu sözləri AzərTAc-a müsahibəsində beynəlxalq düşərgədə iştirak edən Danimarkanın Texniki Universitetinin nümayəndəsi Ankit Xandelval demişdir. Danimarkalı təmsilçi bildirmişdir ki, gənc ekoloqların Qəbələ Bəyannaməsinin əhatə etdiyi prinsiplər yaşadığımız dünyanın təhlükəsiz məkana çevrilməsinə səsləyən çox ciddi çağırışlardır: "Ümid edirəm ki, dünya ictimaiyyəti gələcək nəsillərin sağlam ətraf mühitdə yaşamasına səsləyən bu prinsiplərə biganə yanaşmayacaqdır".

 

Azərbaycan.- 2011.- 30 noyabr.- S.  3.