Bolqarıstan Elmlər Akademiyasının prezidenti AMEA-da olmuşdur

 

 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Bolqarıstan Elmlər Akademiyasının prezidenti, akademik Nikola Sabotinov ilə görüş keçirilmişdir.

Akademiyadan bildirmişlər ki, görüşdə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov AMEA Rəyasət Heyətinin  xarici əlaqələr şöbəsinin rəhbəri, professor Ədalət Həsənov iştirak etmişlər.

Tədbirdə ölkələrimiz arasında yaradılmış elmi əməkdaşlıq əlaqələrindən söhbət açılmışdır. Bu əlaqələrin yeni istiqamətlərinin müəyyənləşdirilməsi, gələcək inkişaf perspektivlərinin təyin olunmasının, digər sahələrlə yanaşı, elmi-texniki sahədə davamlı inkişafın, bilik təcrübə mübadiləsi aparılmasının vacib şərtlərdən olduğu qeyd edilmişdir.

Görüşdə, həmçinin Azərbaycan Bolqarıstan arasında elm sahəsində sazişin imzalanması müzakirə olunmuşdur.

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 30 noyabr.- S.  7.