Sabirabad rayonunun sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Sabirabad rayonunun sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

 

"Əməkdar mədəniyyət işçisi"

 

Əsgərova Şükufə Məmmədtağı qızı

 

"Əməkdar mühəndis"

 

Aslanov Əflan Aslan oğlu

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 oktyabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 7 oktyabr.- S. 1.