Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma

 

Fransa Respublikasının Prezidenti Nikola Sarkozi oktyabrın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fransa Respublikasının Prezidenti Nikola Sarkozini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Milli geyimli uşaqlar Fransa Prezidentinə gül dəstəsi təqdim etdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 8 oktyabr.- S.  3.