Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın keçmiş Prezidenti Rudolf Şusteri qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Slovakiyanın keçmiş Prezidenti Rudolf Şusteri  qəbul etmişdir.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə  Rudolf Şuster arasında bundan əvvəlki görüşlər məmnunluqla xatırlandı, Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun əhəmiyyəti qeyd olundu, tədbirin ölkələrarası, mədəniyyətlərarası dialoqun daha da genişləndirilməsi baxımından önəmi vurğulandı.

Slovakiya Respublikasının keçmiş Prezidenti Rudolf Şuster Bakıda gedən nəhəng quruculuq, abadlıq işlərinin şahidi olduğunu dedi və bunu yüksək qiymətləndirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 11 oktyabr.- S.  3.