Bakı mənə xoş təəssürat bağışlamışdır

 

Bu mənim Bakıya ilk səfərimdir. Şəhərinizin necə sürətlə inkişaf etdiyinin, geniş tikinti işlərinin şahidi oldum. Axşamlar binalar işıqlandırılanda Bakı xüsusilə gözəlləşir. Bakı mənə xoş təəssürat bağışlamışdır.

AzərTAc xəbər verir ki, bu sözləri UNESCO-nun baş direktorunun müavini Yanis Karklins Bakı Beynəlxalq Humanitar Forumunda demişdir.

Tədbirin əhəmiyyətindən danışan Yanis Karklins bildirmişdir ki, Bakı forumu şübhəsiz, müxtəlif ölkələr arasında dialoqun inkişafında, dəyişən dünyada meydana çıxan sualların cavablandırılmasında xüsusi rol oynayacaqdır.

 

 

Azərbaycan.- 2011.-12 oktyabr.- S.  2.