Viktor Sadovniçi: İndi sürətlə inkişaf edən Bakı hər dəfə yeni və başqa bir şəhər təsiri bağışlayır

 

Forum iştirakçılarının ümumi fikri budur ki, indi sürətlə inkişaf edən Bakı hər dəfə yeni və başqa bir şəhər təsiri bağışlayır. Bu çox yaxşıdır ki, belə bir şəhərlə, onun memarlıq üslubu  və mədəniyyəti ilə tanış olursan.

AzərTAc xəbər verir ki, bu sözləri  Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi demişdir.

Rektor qeyd etmişdir ki, Bakı birmənalı şəkildə cəzbedici bir mərkəzə çevrilmişdir. Bu şəhər məna etibarı ilə də gözəl bir məkandır, çünki o, müxtəlif mədəniyyətləri - Şərqlə Qərbi birləşdirir. Odur ki, forumun uğurlu olacağına əminəm.

 

 

Azərbaycan.- 2011.- 12 oktyabr.- S.  2.