İSESKO-nun baş direktoru: «Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu forum dünyada təhlükəsizliyin təmin olunmasına və xalqlar arasında dialoqun inkişafına zəmin yaradır»

 

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu forum sülh naminə çalışan insanlara dünyada təhlükəsizliyin təmin olunması və xalqlar arasında dialoqun inkişafı üçün zəmin yaradır. Bu sözləri  Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri demişdir.

İSESKO-nun baş direktoru Azərbaycan dövləti tərəfindən keçirilən  Beynəlxalq Humanitar Forumun əhəmiyyətinin çox böyük olduğunu bildirmişdir. O qeyd etmişdir ki: "Tədbirin uğurlu olacağına əminəm. Bu cür forum və konfransların təşkili ilə Azərbaycan dünyada sülhə, əmin-amanlığa öz töhfəsini verir. Azərbaycan Prezidenti İlham Əliyev və  birinci xanım Mehriban Əliyeva da öz fəaliyyətləri ilə çox gözəl nümunədirlər".

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 12 oktyabr.- S.  2.